Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı

00:16 - 9 Noyabr 2026

Kiprdə futbol üzrə Superliqanın 9-cu turunun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, azərbaycanlı cinah hücumçusu Murad Məmmədovun çıxış etdiyi “Pafos” doğma meydanda “Omoniya 29 May” klubunu qəbul edib. Görüş meydan sahiblərinin 4:2 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Məmmədov matçın 59-cu dəqiqəsində, komandası artıq bütün qollarını vurduqdan sonra meydana daxil olub.

Hazırda “Pafos” 16 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xəbər xətti