"Arsenal"dan ilk 10 turda 27 xal - tarixində 2-ci dəfə

22:01 - 7 Noyabr 2026

“Arsenal” Premyer Liqada indiyədək heç vaxt mövsümə builki qədər uğurlu başlamayıb.

Sportal.az xəbər verir ki, Mikel Artetanın rəhbərlik etdiyi komanda bu gün 10-cu turda “Hall”ı 1:0 hesabı ilə məğlub edib. Bu, London təmsilçisinin çempionatda 9-cu qələbəsi olub. Komanda yalnız bir dəfə məğlubiyyətlə üzləşib.

“Arsenal” İngiltərə Premyer Liqası tarixində ikinci dəfə ilk 10 oyundan sonra 27 xal toplayıb. London klubu eyni nəticəyə 2022/23 mövsümündə də imza atmışdı. Həmin mövsümü “Arsenal” turnir cədvəlinin ikinci pilləsində başa vurmuşdu.

Xəbər xətti