"Arsenal" norveçli vinger üçün 50 milyon avro ödəməyə hazırdır

20:50 - 5 Noyabr 2026

"Arsenal" "Leypsiq"də çıxış edən Antonio Nusanı transfer etmək istəyir.

Sportal.az xəbər verir ki, bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

İngiltərə nəhənginin hücum xəttini gücləndirmək üçün əsas hədəfi norveçli vingerdir. "Arsenal" yanvarda 21 yaşlı futbolçu üçün Almaniya klubuna 50 milyon avroluq təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, "Leypsiq" Antonio Nusanı 2021-ci ilin yayında "Brügge"dən 21 milyon avroya transfer edib. Norveç millisinin üzvü cari mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 14 rəsmi matçda 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti