"Neftçi" "Kəpəz"lə oyuna itiki ilə çıxacaq

18:02 - 5 Noyabr 2026

"Neftçi" Misli Premyer Liqasının 11-ci - “Zəfər turu”nda qarşılaşacağı “Kəpəz”lə matçın hazırlığı yekunlaşıb.

Sportal.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Palms Sports” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

“Turan Tovuz”la görüşdə qırmızı vərəqə alaraq 2 matçlıq cəzalandırılmış futbolçumuz İqor Ribeyro “Kəpəz”lə görüşü də buraxmalı olacaq.

Qeyd edək ki, noyabrın 6-da “Palms Sports Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” oyunu saat 20:00-da start götürəcək.


Xəbər xətti