"İlk qolu buraxdıqdan sonra yaxşı oynamağa başladıq" - Eren Aydın

11:47 - 4 Noyabr 2026

“Zirə”nin yarımmüdafiəçisi Eren Aydın Misli Premyer Liqasının 10-cu turunda "Araz-Naxçıvan"la keçirilən oyun (2:2) barədə Sportal.az-a açıqlama verib.

O, oyunlar zamanı qol epizodlarından lazımı səviyyədə yararlana bilməmələrini xüsusi vurğulayıb: 

"Turnir cədvəlinin son pilləsində qərarlaşan komandaya qarşı oynayırdıq, lakin onlar autsayder kimi çıxış etmirlər. Bu mövqedə olmağa layiq deyillər. Yalnız ilk qolu buraxdıqdan sonra yaxşı oynamağa başladıq. İkinci hissədə daha bir qol buraxdıq, amma bu, bizi sındırmadı. Hesabı bərabərləşdirə bildik, hətta qalib də gələ bilərdik. Düşünürəm ki, üçüncü qolu vurmaq üçün sadəcə vaxtımız çatmadı. Oyunun gedişatını nəzərə alsaq, bunu qənaətbəxş nəticə hesab etmək olar, lakin gələn mövsüm avrokuboklarda iştirak etmək istəyiriksə, bununla kifayətlənməməliyik. Əsas problem ondadır ki, qol vurmaq üçün çoxlu imkanlar yaratsaq da, onlardan yalnız kiçik bir hissəsini reallaşdıra bilirik".

Mirbağırağa
 

Xəbər xətti