Azərbaycanlı idmançı Sofiyada gümüş medal qazandı

10:33 - 3 Noyabr 2026

Azərbaycan karateçisi Yusif Qəhrəmanlı Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 16-cı WSF Avropa ölkələri üzrə şotokan birinciliyində uğurlu nəticə əldə edib.

Sportal.az xəbər verir ki, təmsilçimiz 15 yaşadək idmançıların mübarizəsində gümüş mükafatçı olub.

O, 70 kq çəki dərəcəsində medal qazanıb. Yusif Qəhrəmanlı yarışa məşqçiləri Şahin və Rəşid Xudaverdiyevlərin rəhbərliyi altında qatılıb.

Xəbər xətti