"Barselona" evdə böyük hesabla qalib gəldi - VİDEO

11:17 - 1 Noyabr 2026

Çempionlar Liqasının liqa mərhələsində “Sabah”ın rəqibi olan İspaniyanın "Barselona" klubu La Liqanın 11-ci turunda oyuna çıxıb.

Sportal.az xəbər verir ki, katalonlar evdə "Alaves"i 6:1 hesabı ilə məğlub ediblər. 

Hazırda "Barselona" turnir cədvəlinə 30 xalla başçılıq edir. "Bayquşlar" noyabrın 25-də "Barselona" ilə qarşılaşacaq.

"Barselona" - "Alaves" 6:1
Qollar
:Rafinya 8, 41, Fermin Lopez 23, Yamal 45+1, 64, Qordon 81 - Mariano Diaz 84

Xəbər xətti