Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyunları keçirilib.
Sportal.az xəbər verir ki, bu gün "Xankəndi" Şamaxı Olimbiya İdman Kompelkisinin stadionunda "Gəncəbasar"ı qəbul edib. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.
"Gəncəbasar" 1/8 finalda "Şamaxı" ilə üz-üzə gələcək.
"Xankəndi" - "Gəncəbasar" 2:3
Qollar: N.Tamazov, 42, M.Solomon, 116 - T.Əlizadə, 66, D.Açimi, 110, 120 (pen)
