İngiltərə Premyer Liqasının bir neçə klubu "Komo"nun yarımmüdafiəçisi Niko Pasa maraq göstərir.
Sportal.az xəbər verir ki, bu barədə "TEAMtalk" proqramında məlumat verilib.
Argentinalı futbolçunun xidmətində "Arsenal", "Çelsi" və "Mançester Yunayted" maraqlıdır. Lakin İtaliya kollektivi qış transfer pəncərəsi zamanı Pası satmaq niyyətində deyil. Bununla yanaşı, klub rəhbərliyinin 22 yaşlı hücumameyilli yarımmüdafiəçini 100 milyon avrodan baha qiymətləndirdiyi qeyd olunur.
Qeyd edək ki, Niko Pas cari mövsümdə "Komo"nun heyətində bütün turnirlərdə 11 matçda iştirak edib, 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçinin İtaliya klubu ilə qüvvədə olan əmək müqaviləsi 2028-ci ilin iyununa qədər nəzərdə tutulub.
saytlarin hazirlanmasi
