Mikels "Borussiya"ya keçəcək?

12:18 - 28 Oktyabr 2026

"Sabah"ın futbolçusu Coy-Lens Mikelsin “Borussiya”ya (Münhenqladbax) keçəcəyi ilə bağlı xəbərlər yayılıb.

Sportal.az xəbər verir ki, “Sabah” ruandalı futbolçu üçün Almaniya klubundan təklif almayıb.

Məlumata görə, Mikels özü də komandanı tərk etməyi planlaşdırmır. Onun “Sabah”la müqavilə müddəti bu mövsümün sonuna qədərdir. 

Mikelsin “Sabah”da qalmağa daha müsbət yanaşdığı iddia edilir.
 

Xəbər xətti