"Real"ın vingerinin “Qızıl top” uğrunda mübarizədə son 5 ilin ən aşağı nəticəsi

22:11 - 26 Oktyabr 2026

Vinisius Junior “Qızıl top” mükafatının yekun reytinqində şəxsi antirekordunu yeniləyib.

Sportal.az xəbər verir ki, 2026-cı ildə “Real"ın cinah hücumçusu səsvermədə 17-ci yeri tutub. Ötən il isə braziliyalı futbolçu 16-cı olmuşdu.

2024-cü ildə Vinisius yalnız Rodriyə uduzaraq 2-ci yeri tutmuşdu. O, 2023-cü ildə 6-cı, 2022-ci ildə isə 8-ci pillədə qərarlaşmışdı.

Bundan əvvəl Braziliya millisinin futbolçusu “Qızıl top” mükafatına namizəd olan 30 oyunçunun siyahısına düşməmişdi.

Xəbər xətti