Azərbaycan güləşçisi Eldəniz Əzizli Astanada keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Sportal.az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda iranlı Payam Əhmədiyə 3:1 hesabı ilə qalib gələrək dünya çempionu olub. Əzizli karyerasında beşinci dəfə bu uğura imza atıb.
Bu gün Sənan Süleymanov (77 kq) da finalda moldovalı Aleksandrin Qutu ilə qarşılaşacaq.
saytlarin hazirlanmasi
