“Arsenal” məğlubiyyətsiz oyunlar seriyasını davam etdirir.
Sportal.az xəbər verir ki, bu gün Mikel Artetanın rəhbərlik etdiyi komanda İngiltərə Premyer Liqasının 8-ci turunda “Everton”u 2:0 hesabı ilə məğlub edib.
London klubu bütün turnirlər üzrə keçirdiyi son 5 oyunda 4 qələbə qazanıb, 1 dəfə isə heç-heçə edib.
Qeyd edək ki, “topçular" oktyabrın 27-də İngiltərə Liqa Kuboku çərçivəsində “Flitvud Taun”la qarşılaşacaq.
saytlarin hazirlanmasi
