"Real" bu il "Qızıl top"un təqdimetmə mərasimində təmsil olunacaq.
Sportal.az "L’Équipe" nəşrinə istinadən xəbər verir ki, bazar ertəsi tədbirin keçiriləcəyi Londona İspaniya klubunun bir neçə futbolçusu və nümayəndəsi yola düşəcək.
Əsas fərdi mükafata namizəd göstərilən "Real" futbolçuları arasında Kilian Mbappe, Cud Bellingem və Vinisius Junior var. Həmçinin iddiaçılar siyahısında Mark Kukurelya da yer alır. Bundan əlavə, Yan Diomande ən yaxşı gənc futbolçuya verilən "Golden Boy" mükafatı uğrunda mübarizə aparacaq.
Madridlilər 2024 və 2025-ci illərdəki mərasimlərə qatılmamışdılar. 2024-cü ildə Vinisius Juniorun "Qızıl top"u almayacağı məlum olduqdan sonra klub uçuşa az qalmış Parisə səfəri ləğv etmişdi. Həmin vaxt "Mançester Siti"nin yarımmüdafiəçisi Rodri qalib olmuşdu.
saytlarin hazirlanmasi
