"Mançester Yunayted" sanki Çempionlar Liqasına lotereya ilə vəsiqə qazanmış təsiri bağışlayırdı"

23:23 - 21 Oktyabr 2026

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand komandanın Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda “Komo”ya qarşı keçirdiyi oyunu (1:4) sərt tənqid edib.

Sportal.az xəbər verir ki, Ferdindan öz açıqlamasında bunları qeyd edib:

“Sesk Fabreqasın rəhbərlik etdiyi ‘Komo’ bizi sanki Çempionlar Liqasına lotereyada qalib gələrək vəsiqə qazanmış komanda kimi göstərdi. Bəzən elə təsəvvür yaranırdı ki, ‘Komo’nun meydanda 12 futbolçusu var. Hücumda tamamilə təsirsiz idik, futbolçularımız kifayət qədər hərəkət etmirdi, rəqibə pressinq tətbiq edə bilmirdik və topa sahib olduğumuz zaman sistemli oyun nümayiş etdirmirdik.

Bu, böyük ölçüdə Seskin və onun qurduğu oyun sisteminin nəticəsidir. Onun ideyalarını komandaya necə aşıladığı aydın görünür. Hər bir futbolçu öz vəzifəsini bilir və həm topla, həm də topsuz oyunda tam diqqətlidir. Pressinq altında belə komanda yoldaşlarına ötürmələr edirlər. Bu isə futbolçuların bir-birinə olan etimadının əla nümunəsidir.

Amma bütün bunlar bizim zəif oyunumuzu doğrultmur. Bu axşam çox zəif çıxış etdik və hazırda özünəinamını tamamilə itirmiş komanda təsiri bağışlayırıq. Vəziyyəti yaxşılaşdırmaq üçün görüləsi çox iş var... Hələ zədələrdən heç danışmıram!"

Xəbər xətti