"Sabah"ın futbolçusu Akim Zedadka UEFA Çempionlar Liqası Liqa mərhələsinin "Bosussiya" ilə matçından öncə keçirilən mətbuat konfransında iştiralk edib.
Sportal.az xəbər verir ki, əlcəzairli sağ cinah müdafiəçisi onları çətin oyunun gözlədiyini deyib:
"Çətin oyun olacağını bilirik. Bütün matçlarda meydana qələbə qazanmaq üçün çıxırıq. Öz meydanımızda gözəl oyun göstərmək istəyirik. Ailələrimizin, azarkeşlərin qarşısında əlimizdən gələnin ən yaxşısını etməliyik. Amma bilirik ki, hansı komandaya qarşı oynayırıq. Bu, "Borussiya"dır. Ən gözəl oyunumuzu oynamaq və Çempionlar Liqasından həzz almaq istəyirik".
Qeyd edək ki, "Sabah" - "Borussiya" qarşılaşması oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.
saytlarin hazirlanmasi
