"Sabah" ABŞ-li basketbolçu Hassani Qravetti heyətinə geri qaytarıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, 2026/2027 mövsümünün sonuna qədər "Sabah"ın formasını geyinəcək.

Qravett daha əvvəl iki mövsüm “Sabah”da çıxış edib.

Hassani paytaxt klubundan ayrıldıqdan sonra İtaliyanın “Cantu” klubunda oynayırdı.