"Real" Brahim Diasın müqaviləsinin müddətini uzadıb.
Sportal.az xəbər verir ki, bu barədə La Liqa nəhənginin mətbuat xidməti məlumat yayıb.
Mərakeş milli komandasının üzvü ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözkəşmə imzalanıb.
Qeyd edək ki, "Real" Brahim Diası 2019-cu ilin yanvarında "Mançester Siti"dən 17 milyon avroya transfer edib. 27 yaşlı vinger cari mövsümdə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 4 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
