Afrika Futbol Konfederasiyası (CAF) 2026-cı ilin ən yaxşı futbolçusu mükafatı uğrunda mübarizəni davam etdirən beş oyunçunun adını açıqlayıb.

Sportal.az xəbər verir ki, siyahıya Mərakeşdən üç, Seneqaldan isə iki futbolçu daxil edilib.

Namizədlər PSJ-dən Əşrəf Hakimi, Madrid "Real"ından Brahim Dias, "Bayern"dən İsmael Saybari, "Vilyarreal"dan Pap Qeye və "Əl Nəsr"dən Sadio Manedir.

Xatırladaq ki, ötən ilin qalibi Əşrəf Hakimi seçilib. Budəfəki mükafatın sahibi dekabrın 2-də bəlli olacaq.