"Şamaxı"nın müdafiəçisi Joao Oliveyra Sportal.az saytına açıqlama verib. O, komandasının "Turan Tovuz"la görüşdəki məğlubiyyətini şərh edib:
"Çox çətin komandaya qarşı oynayırdıq. Amma biz bunu yaxşı başa düşürdük. Biz inkişaf edirik. Turanla görüşdə də top daha çox bizdə olurdu. Qol epizodları yaratmağa çalışdıq. Yaxşı imkanlarımız da oldu. "Turan Tovuz" ilk hissədə cərimə zərbəsi əldə etdi və qol vurdu. İkinci hissədə fərqli mentatlitetlə oynadıq. Heç-heçə etmək üçün bərabərlik qolunu vurmağa çalışırdıq. Bunu etməyə yaxın idik. Çünki rəqib də meydanda 10 nəfərlə qalmışdı. Amma "Turan Tovuz" yaxşı müdafiə olundu. Bizim qol epizodlarımız oldu, amma rəqib yararlanmağa imkan vermədi".
Portuqaliyalı futbolçu komandasının hazırkı durumu haqda isə bunları deyib:
"Problemimiz olduğunu düşünmürük. Futboldur da. Bəzən biz də səhv edə bilərik, rəqib də. Çalışmağa davam edirik. Biz hər bir matçda qalib gəlmək istəyirik. Növbəti görüşə fokuslanacağıq. Milli fasilə bizim üçün mənfi effekt vermədi. Hər halda, daha yaxşı hazırlaşdıq. Milliyə gedənlər oldu, biz burada qalmışdıq. Məşqlərimizi etdik. Bütnü kollektiv olaraq yaxşı hazırlaşdıq".
saytlarin hazirlanmasi
