Çempionlar Liqasının liqa mərhələsinin 5-ci turu çərçivəsində "Sabah" və "Barselona" komandaları arasında keçiriləcək matçı üçün Bakıya xeyli sayda azarkeş gələcək.
Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisini dəstəkləmək üçün Bakı Olimpiya Stadionunda təxminən 650 “Barselona” azarkeşinin iştirakı gözlənilir.
Xatırladaq ki, "Sabah" və "Barselona" arasındakı qarşılaşma noyabrın 25-də qeyd olunan stadionda baş tutacaq və oyuna 21:45-də start veriləcək
saytlarin hazirlanmasi
