İngiltərənin "Brayton" klubu yarımmüdafiəçi Paskal Qrossun müqaviləsinin müddətini artırıb.

Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Almaniya milli komandasının sabiq üzvü ilə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, "Brayton" Paskal Qrossu bu ilin yanvarında "Borussiya"dan 2 milyon avroya transfer edib. 35 yaşlı futbolçu cari mövsümdə "qağayılar"ın heyətində meydana çıxdığı 17 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.