Kriştiano Ronaldo karyerasında 986-cı qolunu vurub.
Sportal.az xəbər verir ki, “Əl-Nəsr”in hücumçusu Səudiyyə Ərəbistanı çempionatında “Əl-Əhli”yə qarşı keçirilən oyunun 14-cü dəqiqəsində hesabı açıb. Komandası rəqib meydançasında topu ələ keçirdikdən sonra Ronaldo cərimə meydançasının kənarından topa bir toxunuşla dəqiq zərbə endirib.
Ronaldunun vurduğu qollardan 146-sı Portuqaliya millisinin, qalan 840-ı isə klub karyerasının payına düşür.
saytlarin hazirlanmasi
