Qazaxıstanın AKAS klubu və məşqçilər heyəti “Qarabağ”ın qonağı olub.
Sportal.az xəbər verir ki, qonaqlar Ağdam təmsilçisinin əsas komandasında məşq prosesinin təşkili, klubdaxili fəaliyyətləri, oyunçuların hazırlanması, infrastruktur və digər məsələləri izləyiblər.
Komandanın məşqçilər korpusu “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovla görüşüb.
Xatırladaq ki, AKAS daha əvvəl Bakıda baş tutan yoxlama matçı çərçivəsində “Qarabağ”ın əvəzedicilərini məğlub edib (3:0).
Qazaxların baş məşqçisi Dövran Kencaxunov bu ilin martında da Ağdam klubunun bazasında qonaq olmuş və Qurban Qurbanovun uğurlu təcrübəsindən faydalanmışdı.
saytlarin hazirlanmasi
