İngiltərənin "Aston Villa" klubu yarımmüdafiəçi Amadu Onananın müqaviləsinin müddətini uzadıb.
Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
Belçika milli komandasının üzvü ilə imzalanan müqavilənin müddəti açıqlanmasa da, uzunmüddətli anlaşma olduğu qeyd olunub.
"Aston Villa" Amadu Onananı 2024-cü ilin yayında "Everton"dan 60 milyon avroya transfer edib. 24 yaşlı dayaq yarımmüdafiəçisi zədəli olduğu üçün cari mövsümdə Birmingem təmsilçisinin heyətində rəsmi oyunlarda meydana çıxmayıb.
saytlarin hazirlanmasi
