"Arsenal"ın müdafiəçisi Kristian Moskera karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "İnter" ispaniyalı futbolçunu heyətinə qatmaqda ciddi maraqlıdır. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.
Milan təmsilçisi Moskeranı uzunmüddətli perspektivdə müdafiəni gücləndirmək üçün əsas namizəd kimi görür.
Türkiyənin "Fənərbaxça", eləcə də Səudiyyə Ərəbistanının "Əl-Hilal" və "Əl-Nəsr" klubları da 22 yaşlı mərkəz müdafiəçisi ilə maraqlanır.
Qeyd edək ki, "Arsenal" Kristiaan Moskeranı 2025-ci ilin yayında "Valensiya"dan 15 milyon avroya transfer edib. İspaniya U-21 millisinin üzvü cari mövsümdə "topçular"ın heyətində 5 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
