FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandası hazırda 1145.18 xalla 124-cü pillədə qərarlaşıb. Yığmamız ötən ayla müqayisədə üç pillə irəliləyib.
Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv noyabrda iki oyun keçirib. Komanda UEFA Millətlər Liqasında Lixtenşteyni 1:0, yoldaşlıq oyununda isə Andorranı 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, reytinq cədvəlinə 2004.48 xalla son dünya çempionu İspaniya seçməsi başçılıq edir. Mundialın finalçısı Argentina (1966.13) ikinci, Fransa (1950.82) isə üçüncü yerdədir.
saytlarin hazirlanmasi
