AVRO-2028-in seçmə mərhələsinin püşkatması üçün səbətlərin tərkibi açıqlanıb.

Sportal.az xəbər verir ki, UEFA Millətlər Liqasında cari mövsümün qrup mərhələsi başa çatandan sonra dəqiqləşib. 

Azərbaycan milli komandası reytinqi ən aşağı olan komandaların yer aldığı 5-ci səbətdə yer alacaq. Millimizlə birlikdə bu səbətdə Litva, Malta, Andorra, Cəbəllütariq və Lixtenşteyn də olacaq. 

Püşkatma mərasimi dekabrın 6-da Şimali İrlandiyanın paytaxtı Belfastda baş tutacaq. Həmin tədbirə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.