Fransanın "Strasbur" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, Liqa 1 təmsilçisini Vitor Matoş çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

38 yaşlı çalışdırıcı ilə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Vitor Matuşun son iş yeri İngiltərədə "Suonsi" olub. Portuqaliyalı mütəxəssis 2019-2024-cü illərdə "Liverpul"da Yürgen Kloppun köməkçisi vəzifəsində çalışıb.