PSJ-nin baş məşqçisi Luis Enrike ardıcıl qələbə sayına görə karyerasının ən yaxşı nəticəsinə imza atıb.
Sportal.az xəbər verir ki, Paris təmsilçisi Fransa Liqa 1-in 11-ci turunda “Nitsa”nı 3:2 hesabı ilə məğlub edərək qələbə seriyasını 12 oyuna çatdırıb.
Bu nəticə 56 yaşlı ispaniyalı mütəxəssisin məşqçilik karyerasında yeni rekord olub.
Enrike daha əvvəl “Barselona”nı çalışdırdığı dövrdə, 2015-ci ilin yanvar-fevral aylarında ardıcıl 11 qələbə qazanmışdı.
saytlarin hazirlanmasi
