"Leypsiq"in futbolçusu Yohan Bakayoko karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Beşiktaş" belçikalı vingeri transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İstanbul nəhəngi Bakayokonu yanvarda heyətinə qatmağa çalışacaq. "Beşiktaş"ın futbol direktoru Önder Özen qarşıdakı günlərrdə 23 yaşlı oyunçu üçün danışıqlar aparmaq məqsədi ilə Almaniyaya yola düşəcək.
Qeyd edək ki, "Leypsiq" Yohan Bakayokonu 2025-ci ilin yayında PSV-dən 18 milyon avroya transfer edib. Belçika millisinin üzvü cari mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 4 rəsmi matçda məhsuldar göstərici ilə yadda qalmayıb.
saytlarin hazirlanmasi
