Almaniyanın "Bavariya" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, hücumçu Harri Keyn sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli forvard Bundesliqanın X turunun "Köln"lə matçında (1:1) zədələnib. Keynin sol topuğunun bağları qopub. "Qızıl top" mükafatının qalibi bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Bavariya" Harri Keyni 2023-cü ilin yayında "Tottenhem"dən 95 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü cari mövsümdə Münhen təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
