"Toottenhem"in hücumçusu Rişarlison karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Trabzonspor" yanvarda braziliyalı forvardı transfer etmək istəyir. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.
İngiltərə klubu oyunçusunu satmağa hazırdır. Premyer Liqa nəhəngi 29 yaşlı futbolçu üçün tələb etdiyi təzminatın məbləğini 10 milyon avroya qədər azaldıb.
Qeyd edək ki, "Tottenhem" Rişarlisonu 2022-ci ilin yayında "Everton"dan 58 milyon avroya transfer edib. Braziliya millisinin üzvü cari mövsümdə London təmsilçisinin heyətində cəmi 2 rəsmi matçda meydana çıxıb. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.
saytlarin hazirlanmasi
