“Real"ın yetirməsi, Tote kimi tanınan Xorxe Lopes Marko Neqreyra işi ilə bağlı fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, 2023-cü ildə “Barselona” klubu və onun rəhbərliyi İspaniya Kral Futbol Federasiyasının (RFEF) Hakimlər Texniki Komitəsinin (CTA) sabiq vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya edilən ödənişlərlə bağlı rüşvətxorluqda ittiham olunub:

– Neqreyra işi haqqında nə düşünürsünüz? Sizcə, bu hadisə nəticələrə təsir edibmi?

– Xeyr. Sənədlər mövcud olduğuna görə müəyyən hadisələrin baş verdiyi aydındır. Amma düşünürəm ki, bütün pullar onları mənimsəyən şəxsin əlinə keçib və o, “Barselona”nı aldadıb.

Mən bütün karyeram boyu “Barselona”ya qarşı oynamışam. Xavini, İnyestanı götürək... Daha 50 futbolçunun adını çəkə bilərəm. Onlara qələbələri hakimlərin köməyi ilə qazandıqlarını desəniz, gülməkdən özlərini saxlaya bilməzlər. Sizcə, Messi hakimlərin köməyi sayəsində qalib gəlirdi?

Mən hesab edirəm ki, “Barselona”nı aldadıblar. Klubun pullarını mənimsəyərək bir neçə nəfər arasında bölüşdürüblər, – deyə Tote bildirib.