Gələn yaz FIFA-nın prezidenti vəzifəsinə seçkilər baş tutacaq.
Sportal.az xəbər verir ki, 29 aprel 2026-cı il tarixində FIFA Şurası qarşıdan gələn seçkilər barədə məlumat verərək namizədlərin qeydiyyat prosesini başlabıb.
Namizədlik sənədlərinin təqdim edilməsi müddəti artıq başa çatıb və seçkilərdə iştirak edə biləcək şəxslərin yekun siyahısı müəyyənləşib.
Hazırkı FIFA prezidenti Canni İnfantinoya qarşı Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallo və Yaponiya Futbol Assosiasiyasının keçmiş prezidenti Kozo Taşima mübarizə aparacaqlar.
Namizədlərin sənədləri Seçki Komitəsinə təqdim olunacaq. Komitə həmin sənədləri nəzərdən keçirərək namizədlərin tələblərə uyğunluğu barədə qərar qəbul edəcək.
FIFA Nizamnaməsinə əsasən, seçkilərdə iştirak etmək üçün irəli sürülən və təsdiqlənən namizədlərin adları ən geci 18 fevral 2027-ci il tarixinədək açıqlanacaq.
saytlarin hazirlanmasi
