Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Aparatın məsul əməkdaşları Gəncə şəhər stadionunda “Kəpəz” Məşq Mərkəzi və Futbol Akademiyasını ziyarət ediblər.
Sportal.az xəbər verir ki, şəhər rəhbəri əvvəlcə Məşq Mərkəzi və Futbol Akademiyasında futbolçular üçün yaradılan şəraitlə tanış olub.
“Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin sədri Anar Abdullayev görülən işlər, həyata keçirilən layihələr və klubun gələcək planları barədə məlumat verib.
Sonra Niyazi Bayramov Gəncə şəhər stadionunun ehtiyat meydançasında məşq edən klubun futbolçuları ilə görüşüb.
İcra başçısı noyabrın 22-də Misli Premyer Liqasının XII turu çərçivəsində “Qarabağ”ı qəbul edəcək komandaya uğurlar arzulayıb, futbolçulara inamını ifadə edib:
“Sizi bu həftəsonu çox çətin oyun gözləyir. Hamımız bu görüşə gəlib komandamızı sonadək dəstəkləyəcəyik.
Ümumiyyətlə, şəhər rəhbərliyi “Kəpəz”in bütün oyunlarını tribunadan izləyir, Gəncəmizin fəxri olan klubumuzu uğur qazanmağa səsləyir.
İnanıram ki, “Qarabağ”la matçda qalib gəlib azarkeşləri sevindirəcəksiniz. Sizə uğurlar arzulayıram!”
Niyazi Bayramov komandanın məşq prosesini izləyib, klubun rəhbər heyəti ilə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıb.
saytlarin hazirlanmasi
