"Mançester Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatan Mateo Kovaçiç komandanı tərk edə bilər.

Sportal.az xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçinin karyerasını İtaliya A Seriyasında davam etdirmək ehtimalı var. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

Üç klub Kovaçiçin xidmətində maraqlıdır. Bunlar "Milan", "Napoli" və "Yuventus"dur. Adıçəkilən klublar gələn yay azad agent statusunda olacaq 32 yaşlı futbolçu ilə danışıqlara başlamağı planlaşdırırlar.

Qeyd edək ki, "Mançester Siti" Mateo Kovaçiçi 2023-cü ilin yayında "Çelsi"dən 29 milyon avroya transfer edib. Xorvatiya millisinin üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.