"Barselona" müdafiəçi Xavi Espartın müqaviləsinin müddətini artırıb.
Sportal.az xəbər verir ki, bu barədə kataloniya nəhənginin mətbuat xidməti məlumat yayıb.
İspaniya U-21 millisinin üzvü ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Xavi Espart "Barselona"nın yetirməsidir. 19 yaşlı sağ cinah müdafiəçisi cari mövsümdə La Liqa təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
