Futbol üzrə Azərbaycan I Liqasında VIII tura yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün iki oyun baş tutub.

Turun mərkəzi matçı lider "Şahdağ Qusar"la ən yaxın izləyicisi "Gəncəbasar" arasında olub. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Digər görüşdə isə "Şimal" "Zaqatala"nı məğlub edib.

I Liqa
VIII tur
20 noyabr

"Şimal" - "Zaqatala" 4:1
Qollar: N.Osmanov, 25, M.Dadaşev, 53, 63, L.Bamba, 82 - S.Anadem, 70
Qırmızı vərəqə: İ.Ramazanov, 89 ("Zaqatala")

"Şahdağ Qusar" -"Gəncəbasar" 0:0