"Real" komandanın aparıcı üzvləörindən olan Federiko Valverdenin müqaviləsinin müddətini artıracaq.
Sportal.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Kral klubu" artıq uruqvaylı futbolçu ilə razılıq əldə edib. Yaxın günlərdə onunla 2031-ci ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanacaq. Yeni anlaşma ilə 28 yaşlı yarımmüdafiəçinin maaşı artırılacaq.
Qeyd edək ki, "Real" Federiko Valverdeni 2016-cı ilin yayında ölkəsinin "Penyarol" klubundan 5 milyon avroya transfer edib. Uruqvay millisinin üzvü cari mövsümdə madrid təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
