İngiltərənin "Arsenal" klubunun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi Martin Subimendi sıradan çıxıb. Bu barədə baş məşqçi Mikel Arteta məlumat yayıb.

İspaniyalı futbolçu əzələ zədəsi alıb. 27 yaşlı dayaq yarımmüdafiəçisi bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Arsenal" martin Subimendini 2025-ci ilin yayında "Real Sosyedad"dan 70 milyon avroya transfer edib. İspaniya millisinin üzvü cari mövsümdə London təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.