İspaniyanın "Real" klubu qapıçı Tibo Kurtuanın müqaviləsinin müddətini uzadıb.

Sportal.az xəbər verir ki, bu barədə La Liqa nəhənginin mətbuat xidməti məlumat yayıb.

Belçika milli komandasının üzvü ilə 2028-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, "Real" Tibo Kurtuanı 2018-ci ilin yayında "Çelsi"dən 35 milyon avroya transfer edib. 35 yaşlı qolkiper cari mövsümdə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 15 rəsmi matçda 16 qol buraxıb, 4 qarşılaşmada isə qapsını toxunulmaz saxlamağı bacarıb.