Azərbaycanın U-20 milli komandası İraq seçməsinə 2:1 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, yığmamızın baş məşqçisi Ruy Jorje matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

  • Hər iki komandanın göstərdiyi oyun bundan əvvəlki matçla müqayisədə daha yaxşı idi. Çox gözəl, fantastik stadionda oynadıq. Yaxşı oyun oldu, rəqabət var idi.
  • - 8-9 aya bu cür komanda formalaşdırmısınız. Oyunun sxemi, skeleti var. Problem sadəcə oyunçu keyfiyyətidir ki, bunun üçün də edəcəyiniz bir şey yoxdur yəqin?
  • - Yalnız işimizlə daha da yaxşı ola, inkişaf edə bilərik. Necə ki, əzmlə işləyirik, buna davam edəcəyik. Əlbəttə ki, bütün oyunçular eyni keyfiyyətə malik deyillər. Amma əlimdə olan bütün futbolçular inkişaf edir, artırırlar. Bu da mənim üçün vacib amildir. Bu cür oyunçularla dünyanın sonuna da gedə bilərəm. İnanın ki, məşqin hər saniyəsində düzgün işləməyə çalışırlar, inkişaf etmək istəyirlər. Məşq prosesində də səhvlər olur, bunun üzərində çalışırıq, düzəlişlər edirik. Mənim futbola öz baxış bucağım var. İstəyərəm ki, buradan gedəndə oyunçular daha da inkişaf etmiş olsunlar.
  • - Lorenzo Mezzettore A milli komandaya gəlmədi. Onun İtaliyanın U-20 yığmasına getmək ehtimalı var. Azərbaycana İtaliya yığmasının heyətində gəlməsi ehtimalı sizi narahat edir?
  • - Deməzdim ki, mənim oyunçum olub. U-20 yığmasında mənimlə birlikdə olmayıb. Sözsüz ki, onu tanıyıram, necə oyunçu olduğunu bilirəm.
  • Əli Bəşirovu əvəzləməyiniz fiziki hazırlıqla bağlı idi?
  • - Hər bir futbolçudan istifadə etmək istəyirəm. Dəyişiklik hansısa yorğunluqla bağlı deyildi. Əli Bəşirov çox yaxşı oyunçudur. Daim inkişaf edir. Bunlar onun inkişafına kömək edəcək.
  • - Azərbaycan U-20 yığmasını dünya çempionatında hücum futbolu oynayan, yoxsa rəqibini gözləyən, daha çox əks-hücumlara üstünlük verən komanda kimi görəcəyik? Bu futbolçularla necə oynamaq mümkündür?
  • - Bir matç iki komandanın oyunundan ibarətdir. Azərbaycan millisi bu dünya çempionatında təşkilatçı ölkə kimi iştirak edəcək. Rəqiblərin hamısı seçmə mərhələləri adlayaraq gələcəklər. Necə oynayacağımızı indidən demək məntiqsiz olardı. Əlbəttə ki, işimizi görəcəyik. Oyunumuz yaxşı alınsa, bu, məni daha çox sevindirəcək. Ən çox istədiyim odur ki, Azərbaycan xalqı qürur hissi keçirsin. Ali məqsədim odur ki, bunu dünyaya göstərə bilək: azərbaycanlılar da futbol oynaya bilirlər, yaxşı çıxış edirlər.
    Qəbələdə Yaponiya ilə oyundan bu yana yığma komandada hansı dəyişikliklər var?
    Çox yaxşı hazırlıqlı kollektivimiz var. Amma yenə də bilirəm ki, bu, hələ kifayət deyil. Oyunçuların səviyyəsini bilirəm. Ona görə də hələ qane olmuram.
  • - Növbəti toplanışları ölkə xaricində keçirmək, Portuqaliyaya getmək kimi planınız var?
  • - Çox istəyirəm ki, toplanışlarımızın hamısını burada keçirək. Bəzən bizdən asılı olmayan səbəblərdən, şəraitlə əlaqədar olaraq, ölkə xaricində də toplanış keçirə bilərik. Yanvarda burada şərait o qədər də uyğun olmur, hava soyuq olur. Bunu nəzərə alaraq, ölkə xaricində toplanış keçirə bilərik.
  • - Bu istəyiniz nə ilə əlaqədardır?
  • - Çünki Azərbaycanda çox yaxşı şərait var. Hazırda buradayıq, dünya çempionatı da burada olacaq. Şərait məni qane edir. Fürsətdən istifadə edib bütün klublara təşəkkür edirəm. Hazırda FIFA təqvimindən kənar təşkil olunmuş toplanışdır. Məsələn, "Sumqayıt" bu gün oyuna çıxacaq, amma dörd futbolçusu bizimlə toplanışdadır. Bu toplanış bizim üçün çox vacib idi. Klublardan üzr istəyirəm ki, bəlkə də hansısa planlarını pozmuşuq.
  • Mirbağırağa