Andreas Kristensen yenidən səhhətində problemlərlə üzləşib.
Sportal.az xəbər verir ki, “Barselona”nın müdafiəçisi sol baldır əzələsində hiss etdiyi yüngül narahatlıq səbəbindən noyabrın 22-də keçiriləcək La Liqanın 13-cü turunun “Vilyarreal”la oyununu buraxa bilər.
Danimarkalı futbolçu son iki ay ərzində cəmi bir matçda iştirak edib. O, noyabrın 8-də “Atletiko”ya qarşı oyunda sonradan meydana daxil olub. Digər qarşılaşmaları isə əzələ zədəsi səbəbindən buraxıb.
saytlarin hazirlanmasi
