“Mançester Siti”nin sabiq baş məşqçisi Pep Qvardiola Vensan Kompaninin “Bavariya”dakı fəaliyyəti barədə fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, Kompani Münhen klubu ilə iki dəfə Almaniya çempionluğunu, bir dəfə isə Almaniya Kubokunu qazanıb.
"Hazırda Bundesliqanı, xüsusilə də Vensan Kompaninin rəhbərlik etdiyi “Bavariya”nı izləmək üçün daha çox vaxtım var. O, “Mançester Siti”də mənim kapitanım olub.
Komandaya yeni rəhbərlik etməyə başladığım vaxtlarda mənə çox kömək etmişdi. Elə o zaman da onun əla məşqçi olacağı bəlli idi. İndi Bundesliqada çalışmasına hədsiz dərəcədə sevinirəm.
Xatırlayıram, “Bavariya”ya yeni gəldiyim vaxt Frans Bekkenbauer şam yeməyi zamanı mənə belə demişdi: “Pep, burada səndən tələb olunan yeganə şey qələbə qazanmaqdır. ‘Bavariya’da hər şey bu qədər sadədir”. Bu, klubun fəlsəfəsidir. Amma Vensan sadəcə qələbə qazanmır. Onun komandasının necə futbol oynaması da vacibdir. Bu, baxımlı futboldur, möhtəşəmdir. Belə oyunu izləmək insana böyük zövq verir, – deyə Qvardiola bildirib.
saytlarin hazirlanmasi
