"Sampdoriya" Azərbaycanın U-21 milli komandasının hücumçusu Lorenzo Mezzoteronun müqaviləsinin müddətini artırıb.

Sportal.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı forvardla 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Lorenzo Mezzotero 2024-cü ilin yayından "Sampdoriya"da çıxış edir. Gənc futbolçu cari mövsümdə B Seriyası təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 4 rəsmi matçda 1 qol vurub.  Ayxan Abbasov Mezzoteronu Azərbaycanın əsas milli komandasına dəvət etmişdi. O. zədəli olduğu üçün yığmanın toplanışına qatıla bilməyib.