"Bavariya" Harri Keyndən sonra daha bir aparıcı oyunçusunun xidmətindən məhrum olub.

Sportal.az xəbər verir ki, Maykl Olise sıradan çıxıb. Fransalı vinger Bundesliqanın X turunun "Köln"lə görüşündə zədələnib.

Oliseyə ayağının ön hissəsində əzilmə diaqnozu qoyulub. 24 yaşlı futbolçu qarşıdakı günlərdə müalicə və bərpa proqramı keçəcək.

Qeyd edək ki, "Bavariya" Maykl Oliseni 2024-cü ilin yayında "Kristal Pelas"dan 53 milyon avroya transfer edib. Fransa millisinin üzvü cari mövsümdə Münhen təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.