Gürcüstanlı baş məşqçi Kaxaber Tsxadadze karyerasını Latviyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, 58 yaşlı mütəxəssis Latviyanın yüksək liqasında mübarizə aparan “Liepaya” klubunun baş məşqçisi vəzifəsinə gətirilib. Təyinat klub tərəfindən rəsmi olaraq açıqlanıb.
Xatırladaq ki, Tsxadadze daha əvvəl Azərbaycanda “İnter” və “Qəbələ” komandalarına rəhbərlik edib.
saytlarin hazirlanmasi
