Bu gün Premyer Liqada keçirilən "Şamaxı" - "Turan Tovuz" (0:2) matçının fasiləsində klub nümayəndələri arasında qalmaqal yaşanıb.
Sportal.az saytının əldə etdiyi məlumata görə, tərəflərin əlbəyaxaya çıxmasının qarşısını polis əməkdaşlarının vaxtında müdaxiləsi alıb.
Xoşagəlməz hadisəyə səbəb "Turan Tovuz"un məşqçisi Yunis Hüseynovun "Şamaxı"nın məşqçilərini azarkeşləri onların üstünə qaldırmasında ittiham etməsi olub. Qarışıqlığın nəticəsi kimi Tovuz klubundan Yunis Hüseynov, "Şamaxı"dan isə Araz Bağırov qırmızı vərəqə görüblər.
Belə bir deyim var ki, hər kəs yaşatdığını yaşamadan bu dünyadan getməyəcək. Bir müddət əvvəl Tovuz klubunun qonağı olan "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov bir qrup azarkeşin ona qarşı sərgillədiyi xoşagəlməz davranışın arxasında "Turan Tovuz" rəhbərliyində təmsil olunan adamın dayandığını demişdi. Bəlkə də yaşatdıqlarını yaşayırlar, bəlkə də "Şamaxı" rəsmilərinin azarkeşlərə heç bir təsiri olmayıb.
saytlarin hazirlanmasi
