"Sent-Etyen"in keçmiş hücumçusu yeni mövsümə də Azərbaycanda başlaya bilər - "Turan Tovuz" hərəkətə keçdi

12:49 - 11 Noyabr 2026

"Turan Tovuz"un yeni mövsüm üçün heyətdə saxlamaq istədiyi legionerlərdən biri də İbrahima Vadjidir.

Sportal.az saytına verilən məlumata görə, 31 yaşlı seneqallının bu mövsümkü performansından sonra klub onunla bağlı planlarını reallaşdırmaq istəyir.

Belə ki, təcrübəli forvardla danışıqlara start verilib. “Turan Tovuz” Vadjinin müqavilə müddətini artırmaqda israrlıdır. Belə ki, mövsümün sonunda Tovuz klubu ilə müqaviləsi başa çatacaq Vadjiyə 2 illik müqavilə təklif olunacaq.

Vadjinin də “Turan Tovuz”da qalmağa müsbət yanaşdığı iddia edilir. Qeyd edək ki, seneqallı hücumçu “Qaziantep BB”, “Molde”, “Qarabağ”, “Sent-Etyen” klublarında oynayıb.

Xəbər xətti